IV Vergi və Mühasibatlıq Zirvəsi 4 aprel 2026-cı il tarixində Bakı Marriott Bulvar Hoteldə Facemark və Good Finance şirkətlərinin birgə təşkilatçılığı ilə keçiriləcək. Artıq dördüncü dəfə baş tutan Zirvə son 3 il ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlar üçün etibarlı bilik və müzakirə platformasına çevrilib.
Sürətlə dəyişən qanunvericilik, artan maliyyə və vergi riskləri, eləcə də bir baxışda kiçik görünən, lakin ciddi maliyyə nəticələrinə səbəb olan səhvlər Zirvənin əsas müzakirə mövzularını formalaşdırır. “Bahalı səhvlər” konsepti ilə keçirilən tədbir, maliyyə, əmək münasibətləri və vergi sahəsində risklərin səbəblərini, nəticələrini və qarşısının alınması yollarını ekspert baxışları və real praktika əsasında gündəmə gətirir.
Zirvə dövlət qurumlarının nümayəndələrini, maliyyə rəhbərlərini, mühasibləri, auditorları, vergi məsləhətçilərini, sahibkarları və akademik ictimaiyyəti bir araya gətirərək, keçmiş təcrübələrdən dərs çıxarmağı və gələcək risklərə daha hazırlıqlı olmağı hədəfləyir.